Noyabrın 10-da Beynəlxalq Muğam Mərkəzində Rusiyanın “Sib-Duo” qrupunun konserti olacaq.
APA-nın məlumatına görə, “Dünya Kuboku” və “Dünya Trofeyinin” qalibləri olan “Sib-Duo” qrupu Aleksandr Sirotkin və Andrey Bityutskix tərəfindən 4 il bundan öncə yaradılıb.
Bu, qrupun Bakıda ilk çıxışıdır. Muğam Mərkəzində konsertdən sonra Sib-Duo qrupunun 11 noyabrda Rusiyanın İnformasiya-Mədəniyyət Mərkəzində dinləyicilərlə görüşü olacaq. Qrup Rusiya, Almaniya, Avstriya, Fransa, İtaliya, Çexiya və Çində keçirilən böyük musiqi forum və festivallarında iştirak edib.
“Sib-Duo” qrupunun repertuarına dünya və rus musiqisi, estrada və caz janrından nümunələr və xalq mahnılarının xüsusi işləmələri daxildir.