Bakı-APA. ABŞ-ın sərhəd xidməti Dominikan Respublikası sahillərində 1,5 tonluq kokain partiyasını müsadirə edib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, külli miqdarda narkotik maddə daşıyan gəmi San-Pedro-de-Makoris şəhərindən 70 km aralıda saxlanılıb.
Məlumata əsasən, müsadirə olunan narkotik maddənin “qara bazarda” qiyməti 36 mln. dollar təşkil edir.
Gəminin göyərtəsində olan 4 Venesuela və Dominikan Respublikası vətəndaşı həbs olunub.