Bakı. Məlahət Nəcəfova-APA. Sentyabrın 28-də Bakıda MDB ölkələri xüsusi xidmət orqanları rəhbərlərinin iclası keçiriləcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu MDB-nin icra katibi Sergey Lebedev deyib.
O, görüşün gündəliyi barədə məlumat verməsə də, bildirib ki, oktyabrın 12-də Bakıda MDB ölkələrinin miqrasiya xidmətləri rəhbərlərinin toplantısı keçiriləcək.
Sərhəd xidməti orqanları rəhbərlərinin iclasının isə oktyabrın 17-də İrəvanda keçirilməsi nəzərdə tutulur.