Əmanətlərin Sığortalanması Fondu AMB-dən götürdüyü kreditin birinci tranşını qaytarmaq üzrədir

Əmanətlərin Sığortalanması Fondu AMB-dən götürdüyü kreditin birinci tranşını qaytarmaq üzrədir
# 04 oktyabr 2016 09:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan götürdüyü kreditin birinci tranşını artıq qaytarmaq üzrədir. "APA-Economics" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu tranş üzrə ayrılan 22 mln. manatın qaytarılması prosesi fevral ayında tamamlanacaq. "Bu kredit 5% dərəcəsi ilə götürülmüşdü. Hər ay 4 milyon manata yaxın kredit qaytaracağıq. İkinci tranş 100 mln. manat idi, 4 il müddətinə 7% dərəcəsi ilə ayrılmışdı", - deyə A. Cavadov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR