Ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblər müəyyənləşdiriləcək

Ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblər müəyyənləşdiriləcək
# 09 avqust 2016 13:47 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. 2016-2017-ci tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacaq.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının icrası barədə” əmr imzalayıb.

Əmrə əsasən, yeni tədris ilindən məktəbəhazırlıq təhsilinə cəlb olunacaq 5 yaşlı uşaqların adlı siyahısı hazırlanacaq, ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblər və müəllimlər müəyyənləşdiriləcək.

Eyni zamanda, məktəbəhazırlıq qrupları yaradılacaq ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər görüləcək, məktəbəhazırlıq təhsilini aparacaq müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqrama uyğun öyrədici təlimlər keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR