Marneulidə azərbaycanlıların zəhərləndiyi restoranın sahibi cərimələnib

Marneulidə azərbaycanlıların zəhərləndiyi restoranın sahibi cərimələnib
# 31 avqust 2016 08:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gürcüstanın Marneuli rayonunda azərbaycanlıların iştirak etdiyi toy mərasimi zamanı baş verən kütləvi zəhərlənmə ilə əlaqədar restoran sahibi cərimələnib.

APA-nın məlumatına görə, bu barədə “apsny.ge” saytı məlumat yayıb . Bildirilir ki, Samir Qaracayevin restoranında mütəxəssislər tərəfindən yoxlama aparılıb və ciddi pozuntular aşkar edilib. Restoranın fəaliyyəti dayandırılıb. Restoranda təklif olunan yeməklərdən nümunələr götürülərək yoxlama üçün laboratoriyaya göndərilib.

Xatırladaq ki, avqustun 29-u axşamı Marneuli rayonunun Sadaxlı kəndində kütləvi zəhərlənmə baş verib. Toyda iştirak edən 200 nəfər kəskin bağırsaq zəhərlənməsi ilə xəstəxanalara çatdırılıb. Onların arasında 28 uşaq olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR