TQDK: Apellyasiya Komissiyasına 15 müraciət daxil olub

TQDK: Apellyasiya Komissiyasına 15 müraciət daxil olub
# 25 iyul 2016 15:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən II və III ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Apellyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında saat 10:00-dan 17:00-dək fəaliyyət göstərib. Qeyd olunan müddət ərzində Komissiyaya 15 müraciət daxil olub. Bütün müraciətlərə ekspertlər tərəfindən ətraflı cavab verilib. Ekspertlərin izahı abituriyentlər üçün qaneedici olub və bununla bağlı hər bir abituriyentlə müvafiq akt imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR