Əbülfəs Qarayev: “Turizm sahəsində Türkiyənin təcrübəsindən istifadə edirik”

Əbülfəs Qarayev: “Turizm sahəsində Türkiyənin təcrübəsindən istifadə edirik”
# 01 mart 2016 15:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Biz turizm sahəsində Türkiyənin təcrübəsindən istifadə edirik. Siyasi və iqtisadi çətinliklərin nəticəsində hər hansı ölkəyə turist axınının azalmasına biz sevinməməliyik”.

APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. O bildirib ki, turizm bazarı çox həssasdır.

Nazir qeyd edib ki, Azərbaycanın turizm üzrə bir neçə xarici ölkədə fəaliyyət göstərən nümayəndəlikləri artıq öz səmərəli fəaliyyətini sübut edib: “Həm Almaniya, həm də Birləşmiş Ərəb Əmirliklərində iki il müddətinə təmsilçiliklərimiz fəaliyyət göstərir. Onlar Azərbaycan haqda məlumatların yerli mediaya çatdırılmasında lazımi işləri görürlər. Almaniyada, Birləşmiş Ərəb Əmirliklərində keçirilən sərgilərdə Azərbaycana maraq olduqca böyükdür”.

Ə. Qarayev əlavə edib ki, bu gün Azərbaycan üçün turizm baxımından önəmli bazarlarda işin gücləndirilməsinə ehtiyac var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR