Rusiya XİN: Aleksandr Lapşinin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur

Rusiya XİN: Aleksandr Lapşinin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur
# 12 aprel 2017 15:31 (UTC +04:00)

Azərbaycanda həbsdə olan Rusiya vətəndaşı Aleksandr Lapşinin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
 

"Aleksandr Lapşinin işi Rusiyanın Azərbaycandakı səfirliyinin nəzarətindədir. İstintaq davam edir. Lapşinin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur, barəsində həbs-qətimkan tədbiri iyulun 15-dək uzadılıb. Səfirliyimizin xahişi ilə Lapşin tibbi müayinə olunub. Deyə bilərəm ki, vəziyyətə nəzarət edirik", - deyə Rusiya XİN sözçüsü söyləyib. 

 

Azərbaycanda həbsdə olan digər Rusiya vətəndaşı Marat Ueldanovla bağlı məsələyə gəldikdə isə M. Zaxarova bildirib ki, onun cinayət işi üzrə məhkəmənin birinci iclası aprelin 13-ə təyin olunub.
 

Rusiya XİN sözçüsü Rusiyanın Bakıdakı səfirliyinin martın 28-də Azərbaycan Xarici İşlər Nazirliyinə M. Ueldanovun təcili tibbi müayinədən keçirilməsi üçün nota göndərdiyini bildirib: "Ueldanovun tibbi müayinədən keçirilməsinin vacibliyi haqqında müvafiq siqnallar Azərbaycan Prezident Administrasiyası və Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib. Səfirliyimiz Ueldanovun vəkili və qohumları ilə daim təmasdadır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR