IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bu gün keçirilən rəsmi açılış mərasimində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş katibi Joze Graziano da Silvanın müraciəti oxunub.
APA-nın məlumatına görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş katibi bildirib ki, ərzaq təhlükəsizliyi sülh olmadan mümkünsüzdür.
Joze Graziano da Silva qeyd edib ki, sülhün təmini üçün mədəniyyətlərarası dialoq vacibdir: "BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanla birlikdə bu istiqamətdə tədbir təşkil edəcək. Ancaq birgə əməkdaşlıqla birgə çağırışlara cavab tapa bilərik. Mən yekunda Azərbaycana bu təşəbbüslərə görə təşəkkür edirəm".