Sərhəd rayonlarında 30 ton xaşxaş və çətənə kolu aşkarlanaraq yandırılıb

Sərhəd rayonlarında 30 ton xaşxaş və çətənə kolu aşkarlanaraq yandırılıb
# 01 noyabr 2016 09:17 (UTC +04:00)

“Xaşxaş 2016” şərti adlı tədbirlər planının icrası ilə əlaqədar olaraq, Dövlət Sərhəd Xidmətinin və yerli polis orqanlarının əməkdaşlarının iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa, Yardımlı, Lerik, Balakən və Zaqatala rayonları ərazisində 13 ton 159 kq xaş-xaş, 16 ton 641 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR