Dünya birjalarında neft yenidən ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar azalaraq 47,88 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar azalaraq 48,97 dollar olub.
Neftin ucuzlaşmasına OPEC ölkələrinin görüşü öncəsi hasilatın dondurulması ilə bağlı qeyri-müəyyən vəziyyətin yaranması səbəb olub.