Rusiyanın "Qazprom" şirkəti Türkiyəyə nəql olunan qazın həcmini 10% artıracaq. "APA-Economics" "Qazprom" şirkətinin saytına istinadən xəbər verir ki, rəsmi Ankara bununla bağlı Rusiya tərəfinə müraciət edib.
"Oktyabrın 28-ə olan sifariş 9,3% artaraq gündəlik olaraq 82,1 mln. kubmetrə çatıb", - deyə məlumatda bildirilir.