Bakı. Türbət Bağırova - APA. Bu həftə Cenevrədə “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın həyata keçirilməsinə nəzarət edən Komitənin sessiyası keçiriləcək.
APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, Komitə üzvləri Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) tikintisinin ekoloji nəticələri və Azərbaycan qanunvericiliyinin Konvensiyasının müddəalarına nə qədər uyğun olub-olmamasını təhlil edəcək.
Sessiyada Komitə üzvləri Ukrayna tərəfindən dəniz dibi ilə “Dunay-Qara dəniz” kanalının tikintisi ilə bağlı Ukrayna tərəfindən görülən tədbirlər və Rovensk AES-in istismar müddətinin uzadılması ilə bağlı məsələlər də müzakirə ediləcək.
Serbiyanın şimal-şərq hissəsində tikməsi planlaşdırlan elektrik stansiyası ilə bağlı məsələnin nəzərdən keçirilməsi də gözlənilir.
"Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya" 1991-ci ildə qəbul edilib və 10 sentyabr 1997-ci ildə qüvvəyə minib.