Məhkəmə dələduzluqda təqsirləndirilən şəxs barəsində axtarış elan edib

Məhkəmə dələduzluqda təqsirləndirilən şəxs barəsində axtarış elan edib
# 03 noyabr 2016 07:24 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesə sədrlik edən hakim Fikrət Qəribov bildirib ki, təqsirləndirilən şəxs barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilsə də o, məhkəmə iclaslarına gəlmir, hər dəfə bir bəhanə ilə prosesdə iştirak etməkdən yayınır: "Bu gün də məhkəmə iclasına gəlməyib. Biz ona vaxt verdik ki, zərərçəkən şəxslərə dəymiş ziyanı ödəsin, amma o, bunu etmədi".

Prokuror çıxış edərək bildirib ki, T. Rəhimov barəsində axtarış elan olunmalı və həbs qətimkan tədbiri seçilməlidir.

Sonra məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra məhkəmə kollegiyası qərarı elan edib. Qərara əsasən, T. Rəhimov barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz olunub, onun barəsində axtarış elan edilib və cinayət işinin icraatı dayandırılıb.

Qeyd edək ki, əvvəllər də məhkum olunmuş T. Rəhimov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR