Şoyqu: “Rusiya Azərbaycanın vacib tərəfdaşıdır”

Şoyqu: “Rusiya Azərbaycanın vacib tərəfdaşıdır”
# 15 avqust 2016 17:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Rusiya Azərbaycanın vacib tərəfdaşıdır”.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı Zakir Həsənovla görüşü zamanı deyib.

O, bildirib ki, bu cür görüşlər ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruridir.


Z. Həsənov isə Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın dostluq münasibətləri, qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini xüsusi qeyd edib.

Görüşdə hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, Xəzər dənizində hərbi əməkdaşlıq, o cümlədən birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət heyətlərin qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR