Bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford arasında görüş olub.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Ankarada keçirilən görüşün bəzi detalları məlum olub.
Görüşdə İraqın Mosul şəhərində terrorçulara qarşı həyata keçirilən əməliyyat, Suriyanın Rakka şəhərinin İŞİD silahlılarından azad edilməsi müzakirə edilib.
Tərəflər həmçinin Kürd Fəhlə Partiyasının (PKK) fəaliyyəti və regiondakı vəziyyətə toxunublar.
***
20:40
Bu gün Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford arasında görüş olub.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, görüş ABŞ tərəfinin təşəbbüsu ilə baş tutub.
Danışıqların detalları barədə məlumat verilmir.
***
17:41
Bu gün ABŞ Silahı Qüvvələrinin Baş Qərargah rəisi Jozef Danford Türkiyəyə rəsmi səfərə gəlib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, J. D. türkiyəli həmkarı Hulusi Akarla görüşəcək.
Qeyd edək ki, J. Danfordun səfərinin Suriyada İŞİD-in əsas mərkəzi sayılan Rakka şəhərinə Suriya Demokratik Güclərinin (SDG) hücuma başladığı günə təsadüf etməsi diqqət çəkir. Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, Rakkanın İŞİD-dən azad edilməsi əməliyyatına əsasını PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG təşkil edən SDG qatılarsa, Rakka əməliyyatında iştirak etməyəcək. ABŞ isə Suriyada müxalif Azad Suriya Ordusu ilə “Fərat qalxanı” əməliyyatı həyata keçirən Türkiyənin YPG-yə zərbə endirməməsinə çalışır.