Bakı-APA. Bu gecə Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 112 m² olan ikimərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.