Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 Oktyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 Oktyabr
# 29 oktyabr 2016 18:22 (UTC +04:00)

OPEK-in işçi toplantısı nəticəsiz davam edir. Əslində nəticə var, İran və İraqın hasilatın azaldılması proqramında iştirakdan imtinası özü bir nəticədir. Həm də gözlənilən nəticə. Həftənin son hərraclarında neftin qiymətinin 50 dollar həddindən aşağı enməsi bununla bağlıdır.

Başqa amillər də var. Rusiya OPEK-in razılığa gələ bilməyəcəyinə əmindir, bu səbəbdən xorda oxumaq istəmədiyini, solo ifaya üstünlük verdiyini açıqlayıb.

Neftin ucuzlaşmasına təsir göstərən ən əsas amil isə Federal Ehtiyat Sistemi rəhbərlərinin toplantısıdır. FES rəhbərliyi dolların faiz dərəcəsini ilin sonuna kimi artıracağını bəyan etmişdi, o qərar bu toplantıda da verilə bilər. Çünki FES-in ilin sonunadək cəmi iki iclası qalıb. Faiz dərəcəsinin artması neftin ucuzlaşması deməkdir, bazar isə bu artımın artıq qaçılmaz olması gerçəkliyinə reaksiya verir.


Vüqar Məsimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR