ABŞ-da 5000-ə yaxın aviareys qasırğa səbəbindən ləğv edilib

 ABŞ-da 5000-ə yaxın aviareys qasırğa səbəbindən ləğv edilib
# 08 oktyabr 2016 02:02 (UTC +04:00)

Bakı-APA. ABŞ-a yaxınlaşan “Metyu” qasırğası ilə əlaqədar 5000-ə yaxın aviareys ləğv edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın ən iri aviaşirkətlərindən olan “Delta Airlines”ın 280 uçuşu ləğv olunub.

Qasırğa ilə əlaqədar prezident Barak Obama Florida, Cənubi Karolina və Corciya ştatlarında fövqəladə vəziyyət elan edib. Ölkədə ümumilikdə 2 milyon insanın təxliyə ediləcəyi gözlənilir.

“Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.

Qeyd edək ki, Haitidə “Metyu” qasırğası qurbanlarının sayı 842-yə nəfərə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR