Rusiyalı ekspert: “Bizə Qərbə baş əyməyən Türkiyə lazımdır”

Rusiyalı ekspert: “Bizə Qərbə baş əyməyən Türkiyə lazımdır”
# 31 oktyabr 2016 14:23 (UTC +04:00)

“Azərbaycan prezidenti İlham Əliyev ölkəsinin mənafeyini düşünərək müstəqil siyasət yürüdür”.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu sözləri İstanbulda keçirilən “Türkiyə-Rusiya münasibətlərinin perspektivləri” mövzusundakı toplantıda Rusiya Strateji Araşdırmalar İnstitutunun direktoru Leonid Reşetnikov deyib.

Münasibətlərin gələcəyi barədə danışan L. Reşetnikov bildirib ki, Rusiyaya sabit və Qərbə baş əyməyən Türkiyə lazımdır: “Biz onunla əməkdaşlıq etməyə hazırıq. Qafqaz bölgəsində Gürcüstanın sürətlə NATO-ya doğru irəliləməsi bizi narahat edir. Xarici qüvvələr sürəkli Ermənistanda xaos yaradıb “erməni baharı”nı həyata keçirməyə çalışırlar. Azərbaycan prezidenti İlham Əliyev əcnəbi ölkələrin müdaxiləsinə yol vermir, öz ölkəsinin mənafeyini düşünərək müstəqil siyasət yeridir. Rusiya heç vaxt Qərb ölkələrinə güzəştə getməyəcəyi kimi, öz ölkəsinin mənafeyini düşünən liderlərlə yaxın əməkdaşlıq etməyə də həmişə hazır olacaq”.


Qeyd edək ki, “Türkiyə-Rusiya münasibətlərinin perspektivləri” mövzusundakı toplantı Türkiyənin Ankara Politikalar Mərkəzi və Rusiya Strateji Araşdırmalar İnstitutu tərəfindən təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR