Səyyar “ASAN xidmət” Cocuq Mərcanlı kəndində olub

Səyyar “ASAN xidmət” Cocuq Mərcanlı kəndində olub
# 12 aprel 2017 14:02 (UTC +04:00)

Səyyar “ASAN xidmət” Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə,  Səyyar  ASAN xidmətinin əməkdaşları Cocuq Mərcanlıda məskunlaşan Həziyevlər ailəsinə və tikinti-bərpa işlərində çalışan, Cəbrayıl rayon qeydiyyatında olan şəxslərə şəxsiyyət vəsiqəsi təqdim ediblər.

“ASAN xidmət”in qrup rəhbəri Ülvi Həsənzadə bildirib ki, ölkə prezidentinin sərəncamına əsasən, kənddə quruculuq prosesinin operativ aparılması ilə əlaqədar təmir-bərpa işlərində çalışanlar iş yerlərini tərk edə bilmədikləri üçün xidmət əməkdaşları kəndə gələrək, lazımi sənədləşmə işləri aparıblar: “Bu gün isə şəxsiyyət vəsiqələrini sahiblərinə çatdırdıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR