Bakı sakininin mənzilindən 45 min dollar oğurlanıb

Bakı sakininin mənzilindən 45 min dollar oğurlanıb
# 27 fevral 2016 09:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mənzildə külli miqdarda pul oğurlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayon 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Bakı şəhər sakini Turan Seyidova məxsus evdən içərisində 45 min ABŞ dolları olan seyfi oğurlamış Yaşar Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR