Yəməndə neftlə zəngin ərazi uğrunda baş verən toqquşmalarda 26 nəfər ölüb

Yəməndə neftlə zəngin ərazi uğrunda baş verən toqquşmalarda 26 nəfər ölüb
# 05 sentyabr 2016 23:17 (UTC +04:00)

Bakı-APA. Yəməndə hökumət qüvvələri ilə üsyançı husilər arasında baş verən şiddətli toqquşmalarda 26 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hökumət qüvvələri 10, husilər isə 16 nəfər itirib. Xeyli sayda yaralıların olduğu bildirilir.

Məlumata görə, toqquşmalar paytaxt Səna yaxınlığında yerləşən, neftlə zəngin olan Sərvah rayonu uğrunda baş verib.

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü idən davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR