Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 17-də saat 09 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Baloğlan Ağakişiyev idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobusu yolun kənarındakı yol ayırıcısına vurub.
Nəticədə onun sərnişinlərindən - Xırdalan şəhər sakini Ofeliya Məmmədova, Masallı rayon sakinləri Elnur Cəfərov və Amil Abdullayev hadisə yerinə ölüb, 9 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.