Bakıda MDB ölkələrinin Gənclərlə İş üzrə Şurasının iclası keçirilir

Bakıda MDB ölkələrinin Gənclərlə İş üzrə Şurasının iclası keçirilir
# 22 noyabr 2016 12:29 (UTC +04:00)

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının iclası başlayıb.

APA-nın xəbərinə görə, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 22-23 noyabrda keçiriləcək iclas yubiley tədbiridir. Nazir qeyd edib ki, Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının iclaslarında bütün protokollara imza atan ölkələrin nümayəndələri iştirak edir: “Bu, bizim üçün çox vacib tədbirdir. Azərbaycanda gənclərlə bağlı işlər çox yüksək səviyyədə aparılır. Azərbaycanın gənclər siyasəti dünyaya nümunədir. MDB məkanında əlaqələrimizi daha da gücləndirmək, gənclər arasında dostluq əlaqələri yaratmaq, müxtəlif layihələri birgə həyata keçirmək əsas məqsədimizdir".

Qeyd olunub ki, Gənclərlə İş üzrə Şura MDB-yə üzv dövlətlərin gənclərlə iş sahəsində əməkdaşlığa dair 2005-ci ildə imzalana sazişin icrası məqsədilə yaradılıb. Şura üzv dövlətlərin, hər ölkədən iki nəfər olmaqla gənclərlə iş üzrə səlahiyyətli nümayəndələrindən ibarətdir. Şuranın iclasları ildə iki dəfədən az olmamaq şərti ilə keçirilir, Şuranın 2016-cı ilin aprel ayında Minsk şəhərində keçirilmiş iclasında növbəti toplantının Bakıda keçirilməsi qərara alınıb. İclas Müstəqil Dövlətlər Birliyinin 25 illiyinə həsr olunur.

İclasa Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın Şuraya üzv olan nümayəndələri qatılıb.

Şuranın gündəliyində 14 məsələnin müzakirəsi və sənədlərin qəbulu nəzərdə tutulub.

Tədbir sabah davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR