Rusiyaya şirkəti Azərbaycanda əczaçılıq məhsullarının istehsalı zavodu inşa edəcək.
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumunda deyib.
"Noyabrın 2-də isə Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkətinin və Rusiyanın "R-Farm" şirkətinin iştirakı ilə investisiya dəyəri 74 milyon dollar olan əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyulacaq", - deyə nazir vurğulayıb.
Xatırladaq ki, yeni yaradılmış Pirallahı Sənaye Parkında ilkin mərhələdə 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.