Qaynını öldürən şəxsin məhkəməsi başlayıb

Qaynını öldürən şəxsin məhkəməsi başlayıb
# 04 may 2017 10:55 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını qətlə yetirməkdə təqsirləndirilən Təhmasib Fərəcovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

APA-nın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 11-nə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 4-də Naxçıvan şəhər sakini T. Fərəcov münaqişə zəminində qaynı Rövşən Cəfərova bıçaqla xəsarət yetirərək, öldürüb. T. Fərəcov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR