İFC Azərbaycanın qeyri-neft sektoruna dəstək verməyə hazırdır

İFC Azərbaycanın qeyri-neft sektoruna dəstək verməyə hazırdır
# 06 sentyabr 2016 09:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Bakıda "Diversifikasiya, Qlobal Dəyər Zəncirləri və müəssisələrin inkişafına dair" adlı seminar keçirilib.

"APA-Economics"in məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, belə seminarların məqsədi Azərbaycanda aparılan islahatlara töhfə verməkdən ibarətdir: "Bilirsiniz ki, Azərbaycan yeni iqtisadi dövrə qədəm qoyub. Azərbaycan yeni dövrün tələblərinə uyğun olaraq dəyər zəncirlərini rəqəmsallaşdırmaq istiqamətində tədbirlər görür".

Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov qeyd edib ki, yeni iqtisadi model yaratmaq ərəfəsindəyik. Yeni iqtisadi model qlobal dəyər zəncirlərinə inteqrasiya olunmalıdır. Bu, rəqabətqabiliyyətli dəyər zəncirlərinin yaranmasına gətirib çıxaracaq. Bununla da rəqabətqabiliyyətli istehsal müəssisələri yaranacaq".

Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova bildirib ki, Azərbaycan postneft erasına qədəm qoyub və ölkədə qeyri-neft sektorunun inkişafına yönələn tədbirlər reallaşdırılır: "İFC olaraq biz qeyri-neft sektoru və özəl sektorun inkişafını daha da aktivləşdirmək üçün öz dəstəyimizi göstərəcəyik".

Seminarda Dünya Bankı Qrupunun özəl sektor üzrə baş mütəxəssisi Melissa Rekas Mets "Diversifikasiya,Qlobal dəyər zəncirləri və müəssislərin inkişafı" ilə bağlı təqdimatla çıxış edib. O, qlobal dəyər zəncirinin rəqabətliliyin təminatında rolundan və şirkətlərin inkişaf etdirilməsi üçün tələb olunan alətlər barədə məlumat verib.

Xatırladaq ki, beynəlxalq iqtisadi reytinqlərdə ölkə üzrə göstəricilərin yüksəldilməsi məqsədilə "Doing Business" hesabatının yenilənməsi üzrə Dünya Bankı və İFC-nin biznes mühiti, investisiyalarln cəlb edilməsi qorunması üzrə missiyası sentyabrın 9-dək Bakıda səfərdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR