“Ulduz” jurnalının yazıçı Kənan Hacıya dəstək üçün hazırlanmış fevral sayı nəşr olunub

“Ulduz” jurnalının yazıçı Kənan Hacıya dəstək üçün hazırlanmış fevral sayı nəşr olunub
# 24 fevral 2016 13:41 (UTC +04:00)

Bakı-APA. “Ulduz” jurnalının yazıçı Kənan Hacıya dəstək üçün hazırlanmış fevral sayı işıq üzü görüb.

Jurnaldan APA-ya verilən məlumata görə, “Ulduz”un fevral sayının qonorarı hepatitdən əziyyət çəkən yazıçı Kənan Hacının hesab nömrəsinə köçürülüb.

Azərbaycan Universitetinin Filologiya və jurnalistika kafedrasının müdiri Ülviyyə Rəhimovanın “Yazının mistikası” ekspert yazısı ilə başlayan jurnalın bu sayının “Debüt” rubrikasında Emil Hacılının şeirləri təqdim edilib, “Uşaqdan böyüyə” rubrikasında Dəniz İsmayılovanın hekayələri dərc olunub.

“Tərcümə saatı”nda Radomir Andriçin “Uçuşa vərdiş” kitabının “Açar uşaqların əlindədir” hissəsini Səlim Babullaoğlu Yekaterina Paniçinin sətri tərcümələri əsasında təqdim edib. AYB-nin ədəbi seksiyalarının “Müzakirə klubu” tanınmış yazıçı Məmməd Orucun “Qısa qapanma” romanının müzakirəsini oxucuların ixtiyarına verib.

“Şeir vaxtı” rubrikasında Nilufər Şıxlı və Fərqanə Mehdiyevanın şeirləri yer alıb. Bundan başqa, jurnalın bu sayında Leyla Hüseynbəylinin “Nostalji” hekayəsi, Nahid Şəmşirin “Kurort romanı”, İltimas Səmiminin şeirləri və s. təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR