Səfir: Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişləri müzakirə edir

Səfir: Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişləri müzakirə edir
# 22 dekabr 2023 10:55 (UTC +04:00)

Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişləri müzakirə edir.

APA xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

“Bəzi müqavilələrdə, həqiqətən də, Rusiya müəssisələrinin dövlət müdafiə sifarişini yerinə yetirmək üzrə öhdəlikləri ilə bağlı məsələlər var, lakin bu, Rusiya və Ermənistanın müvafiq idarələri arasında dialoqda həll olunan işçi məsələlərdir”, - deyə səfir deyib.

Kopırkinin sözlərinə görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində bağlanmış demək olar ki, bütün müqavilələr vaxtında və yüksək keyfiyyətlə tamamlanıb.

Səfir vurğulayıb ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq uzunmüddətli ənənəyə malikdir və Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında hərbi-texniki əməkdaşlığın inkişafına dair 25 iyun 2013-cü il tarixli sazişə əsaslanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR