Sabah Sumqayıtda içməli suyun verilməsi məhdudlaşdırılacaq.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş magistral su xətti şəbəkəyə birləşdiriləcək.
Bununla əlaqədar aprelin 12-də saat 08:00-dan etibarən gün ərzində Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.