Bakı. Könül Kamilqızı – APA. “Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyev səhhəti ilə bağlı vəzifəsindən azad olunub. Universitetdən APA-ya verilən xəbərə görə, bu barədə iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev universitetdə keçirilən tədbirdə öz xahişi ilə rektor vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.
O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb.
Ali məktəb rektorunun səlahiyyətlərinin icrası prorektor Rahim Hüseynova həvalə edilib.