Seyran Ohanyanın əli ilə özəlləşdirilən hərbi hissənin ərazisi dövlətə qaytarılıb

Seyran Ohanyanın əli ilə özəlləşdirilən hərbi hissənin ərazisi dövlətə qaytarılıb
# 28 dekabr 2023 14:28 (UTC +04:00)

Ermənistanda özəlləşdirilən hərbi hissənin ərazisi dövlətə qaytarılıb.

APA xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Anna Vardapetyan hökumətin iclasında bildirib.

Vardapetyanın sözlərinə görə, Ararat rayonunun Armaş kəndində yerləşən “Erasx 2” hərbi hissəsi dövlətə qaytarılıb. Yaxın zamanda ölkənin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin tabeliyinə veriləcək. Hərbi hissə 2009-cu ildə özəlləşdirilib və Müdafiə Nazirliyinin balansından çıxarılıb.

Qeyd edək ki, bu hərbi hissənin özəlləşdirilməsi ilə bağlı cinayət işində təqsirləndirilən şəxs qismində sabiq müdafiə naziri Seyran Ohanyan cəlb olunub.

İşin araşdırılması üçün ölkə parlamenti sabiq naziri toxunulmazlıqdan məhrum edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR