Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, 9-cu mikrorayonda yaşayan 35 yaşlı Cəlilabad rayon sakini Nəsirov Zaur Əli oğlu 5-ci mərtəbədən yıxılaraq ağır bədən xəsarətləri alıb. İlkin məlumata görə, o, antena düzəldərkən diqqətsizlik səbəbindən yıxılıb. Xəsarət alan şəxs dərhal 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb.