2016-cı ilin oktyabrın 1-nə müştərilər tərəfindən banklara yerləşdirilən depozitlərin həcmi 22 841,8 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin analoji dövri ilə müqayisədə bu göstərici 5 364,3 min manat və ya 30,69% çoxdur.
Avqust ilə müqayisədə sentyabrda depozitlərin həcmi 832 mln. manat və ya 3,51% azalıb.
Depozit bazasının valyutalar üzrə strukturuna nəzər salanda məlum olur ki, depozitlərin 4 mlrd. 879,2 mln. manatla, 17 mlrd. 962,6 mln. isə xarici valyuta ilə yerləşdirilib. Başqa sözlə, depozitlərin 21,36%-i manatla, 78,64%-i isə xarici valyutada yatırılıb.
2015-ci ilin yanvar-sentyabr aylarında banklar 4 mlrd. 297,9 mln. manatla, 13 mlrd. 179,5 mln. isə xarici valyuta ilə depozit qəbul edib. Başqa sözlə, depozitlərin 24,59%-i manatla, 75,41%-i isə xarici valyutada yatırılıb.