Slovakiya Rusiya və Belarusla mədəniyyət sahəsində əməkdaşlığı bərpa edib

Slovakiya Rusiya və Belarusla mədəniyyət sahəsində əməkdaşlığı bərpa edib
# 20 yanvar 2024 21:20 (UTC +04:00)

Slovakiyada Rusiya və Belarusla mədəniyyət sahəsində əməkdaşlığın dayandırlması barədə qərar ləğv edilib.

APA xəbər verir ki, bu barədə Slovakiyanın mədəniyyət naziri Martina Şimkoviçova 2022-ci ilin fevralın 24-dən sonra imzaladığı sərəncamı ləğv edib.

“Dünyada onlarla hərbi münaqişə baş verir və fikrimizcə, incəsənət və mədəniyyət xadimləri onlardan əziyyət çəkməməlidir”, - nazirliyin mətbuat katibi Pavel Çorba bildirib.

2022-ci ilin martında Slovakiyanın Mədəniyyət Nazirliyi Rusiya Federasiyası və Belarusla əməkdaşlığı qadağan edib.

O zaman nazir olan Natalya Milanova bunu Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə izah edib.

Slovakiya Milli Partiyasını təmsil edən hazırkı nazir yanvarın 12-də sələfinin sərəncamını ləğv edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR