Slutskinin Rusiya prezidentliyinə namizədliyi irəli sürülüb

Slutskinin Rusiya prezidentliyinə namizədliyi irəli sürülüb
# 19 dekabr 2023 15:12 (UTC +04:00)

Rusiya Liberal Demokrat Partiyasının Qurultayı ölkə prezidentliyinə namizədini müəyyənləşdirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, liberal-demokratlar partiya lideri Leonid Slutskinin dövlət başçısı postuna namizədliyini irəli sürüb.

Qeyd edək ki, Leonid Slutski Vladimir Jirinovskinin vəfatından sonra Liberal Demokrat Pariyasının sədri olub. O, eyni zamanda Dövlət Dumasında fraksiya rəhbəri və parlamentin beynəlxalq əlaqələr komitəsinin sədridir.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri gələn il martın 17-də keçiriləcək. Seçicilər martın 15-dən başlayaraq üç gün müddətində səs verərək növbəti 6 il müddətinə prezidenti seçəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR