FHN-in əməkdaşı güləş turnirinin qalibi olub

FHN-in əməkdaşı güləş turnirinin qalibi olub
# 18 aprel 2017 09:34 (UTC +04:00)

Bakı İdman Sarayında sərbəst güləş üzrə turnir keçirilib.

 

APA-nın məlumatına görə, turnirdə 11 komanda, 100-ə yaxın idmançı 8 çəki dərəcəsində güclərini sınayıb.

 

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu təmsil edən Ələsgər Məmmədəliyev 54 kq çəki dərəcəsində rəqiblərini üstələyərək turnirin qalibi olub. İdmançını turnirə məşqçi Saypulla Absayıdov hazırlayıb.

 

FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Fizuli Musayev idmançını qəbul edib, ona qiymətli hədiyyələr verərək uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR