Şəmkir sakini bıçaqlanıb

Şəmkir sakini bıçaqlanıb
# 23 yanvar 2016 07:49 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkirdə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Təzəkənd kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Niyaməddin Akif oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR