"Rabitəbank"ın məcmu kapitalı azalıb

"Rabitəbank"ın məcmu kapitalı azalıb
# 02 may 2017 11:20 (UTC +04:00)

2017-ci il aprelin 1-ə “Rabitəbank” ASC-nin aktivlərinin həcmi 499,455 mln. manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,65% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, cari ilin ilk rübündə bankın kredit portfeli 191,342 mln. manat olub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 5,26% azalma deməkdir.

 

Hesabat dövründə bankın öhdəliklərinin həcmi 22,53% artaraq 453,499 mln. manat təşkil edib.

 

Bankın nizamnamə kapitalı dəyişməyərək 48,5 mln. manat, məcmu kapital isə 3,44% azalaraq 61,906 mln. manat təşkil edib.

 

“Rabitəbank” cari ilin ilk 3 ayını 450 min manatlıq xalis mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR