Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Türkiyənin raket hücumundan müdafiə sistemi ilə təmin edilməsi imkanlarını nəzərdən keçirə bilər.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Vladimir Putinin Türkiyə səfəri zamanı hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunub: “Görüşdə müxtəlif raket hücumundan müdafiə sistemləri nəzərdən keçirilib. Türkiyə tərəfinin istəyi əsasında Rusiya o sistemlərin Türkiyəyə satılması məsələsini nəzərdən keçirə bilər”.