Rusiyada ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar saxlanılan azərbaycanlı biznesmenin həbs müddəti uzadılıb

Rusiyada ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar saxlanılan azərbaycanlı biznesmenin həbs müddəti uzadılıb
# 10 noyabr 2015 09:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyada ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar saxlanılan həmyerlimizin həbs müddəti iki həftə uzadılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “Zarya” ASC-nin direktor müavini Gülhüseyn Nəcəfovun həbs müddətinin noyabrın 11-də bitdiyindən məhkəmə müvafiq qərar çıxarmalı olub.

Kazan rayon məhkəməsinin iclası təqsirləndirilən şəxsin iştirakı olmadan keçirilib. Buna səbəb G. Nəcəfovun hazırda xəstəxanada olmasıdır. Həmyerlimizin sağlamlığı haqqında tibbi arayış məhkəməyə təqdim edildikdən sonra onun həbsdə saxlanılıb-saxlanılmaması barədə qərar veriləcək. Azərbaycanlı biznesmenin qohumlarının və vəkilinin sözlərinə görə, G. Nəcəfov özünü pis hiss edir, məhkumlar üçün nəzərdə tutulan xəstəxanada ala bilmədiyi kardioloji və psixoloji yardıma ehtiyacı var.

Qeyd edək ki, Kazanın ən böyük ticarət mərkəzlərindən biri olan “Admiral”da yanğın 11 mart tarixində baş verib və 4 min kv. m ərazini əhatə edib. Hadisə nəticəsində 17 nəfər ölüb, 70 nəfər yaralanıb. İki nəfərin taleyi bu günədək məlum deyil.

Hadisə ilə bağlı 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR