"Yapı Kredi Bank Azərbaycan"da əhalinin əmanətləri 85% artıb

"Yapı Kredi Bank Azərbaycan"da əhalinin əmanətləri 85% artıb
# 28 oktyabr 2016 09:11 (UTC +04:00)

"Yapı Kredi Bank Azərbaycan" QSC 2016-cı ilin III rübünün nəticələrini elan edib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, "Yapı Kredi Bank Azərbaycan" QSC-də 2016-cı ilin ilk 9 ayında ötən ilin analoji dövrü ilə müqayisədə cari və əmanət hesablarındakı vəsaitlər 90%, o cümlədən əhalinin əmanətləri 85% artıb.

Yanvar-sentyabr ayları ərzində bankın kassalarında və müxbir hesablarındakı pul vəsaitlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 152% artaraq 211,832 mln. manat olub.

Maliyyə nəticələrini şərh edən bankın İdarə Heyətinin sədri Cenk Yüksel deyib: "Bankımız müştərilərinə yüksək qazanclı, eyni zamanda sığortalı əmanət məhsulu təklif edərkən, bir yandan da onların güvənini doğrultmaq üçün düzgün strategiya ilə fəaliyyətini davam etdirməkdədir. Avropanın 17 ölkəsində mövcud olan təcrübəmiz əsasında formalaşdırdığımız xidmət və məhsullarımızı daim Azərbaycan müştərilərinin xidmətinə təqdim edirik".

Hesabat dövründə bankın xalis əməliyyat mənfəətində də ciddi artım var. Belə ki, bankın bu göstəricisi 171% artaraq 13,018 milyon manata çatıb. Bundan əlavə, bankın qeyri-faiz gəlirlərində də artım olub. Eyni dövrlə müqayisədə 2016-cı il sentyabr ayının sonuna qeyri-faiz gəlirləri 92% artaraq 9,708 mln. manata çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR