Ukrayna Rusiya ilə ikiqat vergitutmadan azadetməyə dair müqaviləni denonsasiya edib

Ukrayna Rusiya ilə ikiqat vergitutmadan azadetməyə dair müqaviləni denonsasiya edib
# 24 avqust 2022 00:37 (UTC +04:00)

Ukrayna Rusiya Federasiyası ilə ikiqat vergitutmadan azadetməyə dair müqaviləni denonsasiya edib.

APA-nın TASS-a istinadla məlumatına görə, bu barədə Rusiyanın Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, Ukrayna hökuməti 8 iyun 2022-ci il tarixli nota ilə 2 ölkə arasında 1995-ci ildə imzalanmış ikiqat vergitutmadan azadetməyə dair müqaviləni denonsasiya edib.

Rusiya tərəfinin 23 avqust tarixli cavab notasında bildirilib ki, denonsasiya 1 yanvar 2023-cü ildə qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR