Səfir: “Sanksiyaların ləğvi İranın region ölkələri ilə əlaqələrinin genişlənməsinə imkanlar açır”

Səfir: “Sanksiyaların ləğvi İranın region ölkələri ilə əlaqələrinin genişlənməsinə imkanlar açır”
# 19 yanvar 2016 11:27 (UTC +04:00)


Bakı. Türbət Bağırova - APA. ““5+1” ölkələri ilə imzalanan sazişin həyata keçirilməsi İranın region ölkələri ilə də əlaqələrinin genişlənməsinə imkanlar açır”.

APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin deyib. O qeyd edib ki, sanksiyaların ləğvi İran xalqına qarşı irəli sürülən bu ittihamların haqsız olduğunu göstərir: “Bu razılaşmadan sonra İran nüvə enerjisindən dinc məqsədlə əldə etmək hüququ qazandı. Nüvə proqramı ilə əlaqədar İrana tətbiq olunan sanksiyalar ləğv edildi. Bütün bunlar göstərdi ki, hər hansı ölkəni təslim etmək, ona bir şeyi zorla qəbul etdirmək üçün sanksiyalar doğru yol deyil. Sanksiyaların ləğvindən sonra İranın dünya ölkələri ilə əməkdaşlığının inkişaf etməsində maneələr aradan qalxdı. İranın region ölkələri ilə iqtisadi əməkdaşlığı üçün geniş imkanlar açıldı. Biz bilirik ki, Azərbaycan xalqı, dövləti bu məsələdəki uğurlara çox sevinir. Azərbaycanın məsul şəxslərinin, Xarici İşlər Nazirliyinin bəyanatlarındakı xoş sözlərə görə Azərbaycan xalqına, dövlətinə təşəkkür edirəm. Mən iki ölkə arasındakı münasibətlərin perspektivlərini müsbət görürəm. Sanksiyaların ləğvi ilə ikitərəfli iqtisadi əməkdaşlığımız daha da genişlənəcək”.

Səfir əlavə edib ki, İran neft-qaz, dağ-mədən, nəqliyyat və tranzit sahələrinə sərmayələrin cəlb edilməsini planlaşdırır: Bu məsələlərdə Azərbaycanla əməkdaşlıq edə bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR