Azərbaycan və ABŞ-ın hərbi tibb mütəxəssisləri arasında təcrübə mübadiləsi keçirilir

Azərbaycan və ABŞ-ın hərbi tibb mütəxəssisləri arasında təcrübə mübadiləsi keçirilir
# 18 avqust 2016 11:55 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Oklahoma Milli Qvardiyasının hərbi tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin hərbi tibb üzrə mütəxəssisləri ilə informasiya mübadiləsi aparmaq və təcrübələrini bölüşmək məqsədilə seminar keçirilir.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, seminar zamanı ABŞ və Azərbaycanın hərbi tibb mütəxəssisləri arasında hərbi tibb dəstəyinin göstərilməsi üzrə təlimlərin təşkilində metodologiyalar, tibbi kəşfiyyat, ilkin yardımın göstərildiyi məntəqələr, əməliyyatlar zonasının tibbi hava təxliyə sistemi, tibbi personal və avadanlıq ilə bağlı Cenevrə Konvensiyalarının tələbləri və tərəfləri maraqlandıran digər mövzularda müzakirələr aparılacaq.

Seminar avqustun 19-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR