Azərbaycanda ölüm halı səbəblərinin 80%-ni qeyri-infeksion xəstəliklər təşkil edir

Azərbaycanda ölüm halı səbəblərinin 80%-ni qeyri-infeksion xəstəliklər təşkil edir
# 17 oktyabr 2016 13:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ötən il Azərbaycanda qeydə alınmış ölüm halı səbəblərinin 80%-ni qeyri-infeksion xəstəliklər (QİX) təşkil edib. Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov bildirib.

O qeyd edib ki, 2015-ci ildə ölkədə ümumilikdə 54 697 ölüm halı qeydə alınıb, bunların 80%-i QİX-lə bağlı baş verib: “Baş vermiş ölüm hallarının 7200-i onkoloji xəstəliklərin, 32800-ü ürək-beyin-damar, 1700-i isə ağ ciyər xəstəliklərinin payına düşüb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR