ABŞ-ın Azərbaycandakı səfiri: “Tolerantlıqla bağlı dünyanın Azərbaycandan öyrənəcəyi çox məqamlar var”

ABŞ-ın Azərbaycandakı səfiri: “Tolerantlıqla bağlı dünyanın Azərbaycandan  öyrənəcəyi çox məqamlar var”
# 19 may 2015 18:13 (UTC +04:00)

Quba. Vəli Turan – APA. “Azərbaycanda tolerantlıq yüksək səviyyədədi və bu Quba rayonunda da özünü göstərir”.

APA-nın xəbərinə görə, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Robert Sekuta Quba rayonuna səfəri zamanı deyib.

Səfir Qubada dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbəyə səfəri zamanı yəhudi və Azərbaycan icmasının birgə mehriban yaşayışının şahidi olduğunu bildirib: “Nifrətin tolerantlığa üstün gəlməsi nəticəsində bir sıra ölkələrdəki hadisələr bizə ibrət dərsi verir”.

ABŞ-ın ölkəmizdəki səfiri tolerantlıq baxımından dünyanın Azərbaycandan öyrənə biləcəyi bir çox məqamların olduğunu qeyd edib: “Tolerantlıq özü-özünə əldə olunmur. Bunu təmin etmək və uğurlu nəticələrə nail olmaq üçün daim çalışmaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR