Türkiyədə törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 40 nəfər yaralanıb - YENİLƏNİB-1

Türkiyədə törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 40 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB-1
# 18 avqust 2016 00:12 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Van vilayətində polis şöbəsinin qarşısında minalanmış avtomobilin partladılması nəticəsində 3 dinc sakin ölüb.

APA-nın “Milliyet-”ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2-si polis əməkdaşı olmaqla 40 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Terrorçuların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

***

01:26

Bakı-APA. Van vilayətinin İpək yolu rayonunda polis şöbəsinin qarşısında minalanmış avtomobil partladılıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində dinc sakinlər daxil olmaqla təxminən 20 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Terrorçuların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

***

00:56

Bakı-APA. Türkiyədə terror aktı törədilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Van vilayətinin İpək yolu rayonunda polis şöbəsinin qarşısında minalanmış avtomobil partladılıb.

Partlayışın ardından hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR